İzahlı lüğət

MÜZAYİQƏ

is. [ər.] Əsirgəməmə, qıymama. [Səltənət:] Bizim fikrimiz həmişə sizin yanınızdadır. Əlimizdən gələnə nə müzayiqə! Mir Cəlal. □ Müzayiqə etməmək (eləməmək) - əsirgəməmək, qıymamaq, olan şeyi verməkdən çəkinməmək. ..Bu bədbəxtliyin müqabilində əlimizdən gələn köməkliyi müzayiqə etməyəcəyik. C.Məmmədquluzadə. [Hacı Mehdi:] Gərək əlindən gələni müzayiqə eləməyəsən. Ə.Haqverdiyev. Mən həqiqətən Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. S.S.Axundov. Müzayiqə(si) yoxdur - verməyə hazıram, əsirgəmərəm, danmaram, edərəm, etiraz etmərəm. [Hacı:] ..Hərgah cənabınıza canım, malım .. lazım olsa, müzayiqəsi yoxdur! Çəmənzəminli. [Səfər kişi:] Baş üstə, mənim əlimdən nə gəlirsə, baş üstə! Müzayiqə yoxdur! Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed