İzahlı lüğət

MƏDƏN

is. [ər.] 1. Yer altından çıxarılan faydalı qazıntı (metal külçəsi, mineral və s.). Mədən çıxarmaq. Yeraltı mədənlər. Mədən suları (tərkibində minerallar olan müalicə suları).
Faydalı qazıntılar, neft və s. çıxarılan yer. Qızıl mədəni. - Aynanın atası neft mühəndisi idi, günün çox hissəsini mədəndə keçirirdi. İ.Əfəndiyev. Babası vaxtilə neft mədənlərində fəhləlik etmişdi. M.Rzaquluzadə.
məc. Bir şeyin bol olan yeri. Qarabağ xanəndə mədənidir. Ə.Haqverdiyev. // məc. Qoşulduğu sözün ifadə etdiyi şeyin bolluğunu, çoxluğunu bildirir. [Bəhram:] Ey Fitnə, sən; Ağıl, kamal mədənisən! A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed