İzahlı lüğət

MİLÇƏK

is. Bəzi yoluxucu xəstəlik mikroblarını yayan qoşaqanadlı həşərat, çibin. Milçək bir şey deyil, könül bulandırır. (Məsəl). Dedi divanə: - Ey şəhi-məğrur; Mənə milçəklər eyləyir azar. S.Ə.Şirvani.
□ Milçək vızıltısı qədər - qətiyyən, əsla təsiri olmayan söz, səs və s. haqqında. Nəzarətçinin bağırtısı milçək vızıltısı qədər də təsir eləmirdi. M.Hüseyn. Milçək qovmaq (tutmaq) - avaralanmaq, heç bir işlə məşğul olmamaq, boş-bekar dayanmaq. Milçək kimi vızıldamaq - ara vermədən, eyni sözü dönədönə təkrarlamaq. Akif əsəbi halda gəzinir. Süleyman onun dalına düşüb milçək kimi qulağının dibində vızıldayır. M.İbrahimov. Milçək uçsa eşidilər - tam sakit, xamuş, səssiz yer haqqında. Kimsə dinmir, milçək uçsa eşidərsən otaqda; Qonurgözlü bir uşaq da oturmuş bir bucaqda. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed