İzahlı lüğət

MÜƏMMA

is. [ər.] 1. Mənası gizli, çətin anlaşılan, üstüörtülü, qaranlıq söz, məsələ, şəkil və s. Bu sözlər Məcidin ürəyinə yağ kimi yayılırdı və onu çətin bir müəmmanın həllindən azad edirdi. B.Talıblı. [Hidayət] üçün heç bir müəmma, açılmaz düyün qalmamışdı. Bayramov. // məc. Anlaşılmaz sirr, həlli çətin məsələ, şey. Bu lap müəmmadır ki...
2. ədəb. Hərf və rəqəmlərlə ifadə olunan klassik şeir formalarından biri; mənzum tapmaca. Füzulinin müəmmaları. - Sirri-dəhəniyarı, könül, axtar, özün tap; Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed