İzahlı lüğət

MÜQƏDDƏS

sif [ər.] 1. din. Allaha aid olan, ilahi, ilahi qüvvəyə malik. Müqəddəs ruh. Müqəddəs su. // Dini sitayişlə əlaqədar yer və ya şeylərin adlarının daimi epiteti kimi işlədilir. Sözüm yoxdur. Xorasan bir müqəddəs yerdir. Ə.Haqverdiyev. [Adil:] Elə bilin ki, dünyada ən müqəddəs bir türbəni çirkaba atırdım. B.Bayramov.
Pak, təmiz, eyib və nöqsanlardan biri. // Mənəvi cəhətdən təmiz, saf, ləkəsiz. Müqəddəs adam. - Mən müqəddəs ata-ana sözünə; Tapmadım bir əvəz olan kəlmə. A.Səhhət. Ana müqəddəsdir, ana doğmadır; Ən böyük məhəbbətyalnız ondadır. S.Vurğun. // Is. mənasında. Mömin, dindar. Bizim köhnəpərəstlərimiz və müqəddəslərimiz görürlər ki, biz hər bir qüvvəmizi məhz məktəb açmağa sərf eləyirik. C.Məmmədquluzadə.
məc. Çox əziz, sevimli. De görək şimdi müqəddəs vətənin; Hansı bir müşkülü asan oldu? M.Ə.Sabir. Hər bir vətəndaş Vətənin müqəddəs hüdudlarını göz bəbəyi kimi qoruyur. M.Rzaquluzadə.
məc. Nəcib, ülvi, ulu, yüksək, təmiz, pak. Müqəddəs hiss. - Bir müqəddəs məhəbbət ilə müdam; Vətəni, xanimanı çox sevirəm. Səhhət. Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim; Coşdu könlümdə müqəddəs əməlim. S.Rüstəm. // Yüksək, şərəfli. Müqəddəs vəzifə. Vətəni müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur. // Toxunulmaz, sarsılmaz. Müqəddəs kitaba əl basıb həmən; Dedi: - Şəkkim yoxdur, bu kitab haqdır.
Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAQ