İzahlı lüğət

MƏLHƏM

is. [ər. mərhəm] 1. Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman. Yaraya məlhəm yaxmaq. - Hələ qədim Misirdə məlhəmlər, həblər, xardal yaxmaları işlədirdilər. R.Əliyev. Ağacdan sirkə, efir yağları, kafur yağı, rənglər, laklar və cürbəcür məlhəmlər hazırlanır. (Qəzetlərdən).
2. məc. Dərman, əlac, çarə, şəfa. Könüldə zəxmi-nihan olmasaydı, ey Seyyid; Ümidiməlhəm ilə mən fiəqanə gəlməz idim. S.Ə.Şirvani. // məc. Təsəlli olacaq, təskin edəcək şey. Sən də əsirgəmə kömək əlini; Hər sözün, söhbətin can məlhəmidir. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

MAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed