İzahlı lüğət

MAL1

is. 1. Iribuynuzlu ev heyvanı; malqara, qaramal (inək, öküz, camış və b.). Malı naxıra qatmaq. Mal damı. - [Dərviş:] Malların köyşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi. A.Divanbəyoğlu. □ Mal həkimi - baytar həkimi. // top. Iribuynuzlu heyvan sürüsü. Mal qapıya gələndə axşam, səhər; Qoyun mələr, quzu mələr, mal mələr. A.Şaiq.
dan. Fərasətsiz, dilsiz, düşüncəsiz, key adam haqqında. Malın biridir. - [Qumru:] Bizimki malın, məğmunun biridir, lap düz buyurursan! Mir Cəlal. [Şair Nağı:] Kənd içində olanda diliniz ötür; Çöldə dönürsünüz mala, göyçəli! “Aşıq Ələsgər” . Mal kimi gözünü döymək - kütcəsinə baxmaq, tənbəl-tənbəl baxmaq. [Rüstəm traktorçulara:] Ə-ə, sizinləyəm ey, nə mal kimi gözünüzü döyürsünüz? M.Ibrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed