İzahlı lüğət

KƏMƏND

is. 1. Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucuilməkli uzun ip. [Dəmirçioğlu] axırda belindən kəməndini açıb, qayaya atdı. “Koroğlu”. // Ovda heyvanı və ya xam atı tutmaq üçün işlədilən həmin ip. [Dərviş:] Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. Divanbəyoğlu. Beyrək qulaylanıb kəməndi atdı. M.Rzaquluzadə. // İlmək, bağ, düyün. Kəməndə düşmək - 1) kəməndlə tutulmaq (at və s. haqqında). Göy ürkəyə kəmənd atdılar. At kəməndə düşdü. Ə.Vəliyev;
məc. tora düşmək.
2. klas. Şairanə təşbehlərdə gözəlin saçına, zülfünə işarə. O tari-zülfə əsirəm, şikayətim çoxdur; Özüm kəməndinə bağlanmışam iradə ilə. S.Ə.Şirvani. □ Kəmənd kimi - şairanə təşbehlərdə. Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara tellər. M.P.Vaqif.
□□ Kəməndə keçmək (düşmək) - ilişmək, dolaşmaq, tora düşmək, hiylənin qurbanı olmaq. [Qulu:] Qoca elə kəməndə keçməyib ki, qurtara bilsin. N.Vəzirov. Kəməndə salmaq - tora salmaq, hiylə ilə tutmaq. Çərxifələk saldı məni kəməndə; Buların oduna düşmüşəm mən də. Aşıq Ələsgər. Şirin söz ilə saldı o, ahunu kəməndə. M.Ə.Sabir. [Təlxək əcinnə:] Xoş gördük, ay mənim gülüm! Yenə kimi kəməndə salıbsan? Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed