İzahlı lüğət

KOL

is. Torpaqdan qol-budaq şəklində ayrılan alçaq, ağacaoxşar bitki. Yasəmən kolu. Qaratikan kolu. Çay kolu. Nar kolu. - Kolların və ağacların budağı arasında oxuyan quşlar da yuvalarına çəkilməkdə idilər.
Nəzərli. [Səməd] çəpərin kölgəsində yaşıl qalmış nar kollarının dibinə arx çəkdi, suvardı. İ.Hüseynov. □ Kola yatmaq (girmək) - kolun dalında və ya içində gizlənmək. [Cuma] ara qarışdığından və çaxnaşmadan istifadə edərkən ancaq hara gedəcəyini bilmədən dayanıb kola yatdı. Ə.Əbülhəsən.
□□ (Bu kol) sən (o) girən kol deyil - sən
(o) bacaran iş deyil, sənin (onun) hünəri deyil, sən bacarmazsan (o bacarmaz). [Hacı Murad:] Imran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr,
o, girən kol deyil. S.S.Axundov. [Dilbər xanım:] Cəbi, bu kol sən girən kol deyil ha, özünü gözlə! N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed