İzahlı lüğət

KÖLGƏLİ

sif. 1. Kölgə salan, kölgəsi olan. Kölgəli qarağac. Kölgəli ağac. - Eldar ətrafa yaxşı bələd olduğundan, yaxında iri, sərin kölgəli bir söyüd ağacını göstərərək:
Gedək, bir az dincələk, - dedi. M.Rzaquluzadə. Odlu mizrabına qurban olum, yar! Çal, səni dinləyir kölgəli dağlar. N.Rəfibəyli. Kölgə düşmüş, kölgə altında olan; kölgə. Kölgəliyer. Kölgəli eyvan. - Kölgəli gen küçə ilə bir qədər gedəndən sonra hambal girdi birinci mehmanxananın dalanına. C.Məmmədquluzadə. Doldu şirin səslərlə; Kölgəli bağ, boz güney. Ə.Cavad.
məc. Şübhəli, qaranlıq. Yarməmməd kölgəli keçmişdən uzaqlaşa bilməyən adamlardan idi. M.İbrahimov.
məc. Qəm, kədər ifadə edən; məyus, kədərli, qəmli, qəmgin. Kölgəli üz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KAN

KOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed