İzahlı lüğət

İSTİRAHƏT

is. [ər.] Dincəlmə, rahatlanma; dinclik, rahatlıq. [Odunçu:] Bu nə gündür, nə dirilikdir ki, heç bir istirahət yox. U.Hacıbəyov. [Qulu:] Hər gün saat birdən üçə qədər .. istirahət saatlarıdır. İ.Əfəndiyev. Bura [pəncərə qabağı] Sultanın bir növ istirahət yeri idi. İ.Hüseynov. □ İstirahət etmək (eləmək) - dincəlmək, rahatlanmaq, yorğunluğunu almaq, dincini almaq. [Əhməd atasına:] Indi sən əyləş burada, nə qədər kefindir istirahət elə. Ə.Haqverdiyev. Imtahandan sonra adam istirahət etmək istəyir. H.Seyidbəyli. İstirahət evi - zəhmətkeşlərin istirahətinə xidmət edən səhiyyə müəssisəsi. Bizim aramızda Şuşa istirahət evlərindən qayıdan işçiləri .. olduğu kimi, yeddi-səkkiz nəfər gənc tələbə .. vardı. S.Hüseyn. [Dostum:] Hələ bundan başqa, istirahət evlərində, sanatoriyalarda istirahət edənlər nə qədərdir.. M.Rzaquluzadə. İstirahət günü - işdən azad gün. Mənim bu gün istirahət günüm olduğu üçün işləməyəcəyəm. H.Nəzərli. [İnci:] Istirahət günü arvadını gözüyaşlı qoyub buralarda hərlənməzsən. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed