İzahlı lüğət

İLHAM

is. [ər.] 1. Yaradıcılıq zamanı özünü göstərən ruhlanma halı, yaradıcı fikrin yüksəlişi; ruhlanma, təb. Baxdıqca nur əmən bu yeni elə; Sənətin ilhamı açar qolqanad. A.Şaiq. Mən ilhamı bir dost kimi; Imdadıma çağırmışam. R.Rza. Sənətimə can-qan gətirən, ilhamıma uçuş verən balamla fəxr elədim. B.Bayramov. □ İlham almaq - bir şeydən ruhlanmaq, vəcdə gəlmək, yaratmaq üçün ondan qüvvə almaq, təbə gəlmək. Yenə yaşıl don geyinmiş çəmənlər gülür; Təbiətdən ilham alıb ötür qumrular. S.Vurğun. Barmağın gəzdikcə pərdələrdə, mən; Min ilham almışam o nəğmələrdən. Z.Xəlil. İlham vermək - ruhlandırmaq, yaratmaq üçün qüvvə vermək, vəcdə gətirmək, şövqləndirmək. Ey müqəddəs həyat! Müqəddəs insan! Sana ilham verən yalnız ürəkdir. S.Vurğun. Bu, Bayram kişinin şair təbinə yeni bir ilham verdi. M.Rzaquluzadə. İlhama gəlmək - bax ilham almaq. Şair öz şerinə ilhama gəlib can versə; Şeri bir inci kimi aləmi, dünyanı gəzər. S.Rüstəm. Əli içdikcə ilhama gəlib danışan adamlardan idi. M.İbrahimov. O, yenə düşünüb ilhama gəldi; Elə bil meşələr salama gəldi. H.Arif. İlhamla şəklində zərf - böyük həvəslə, ruh yüksəkliyi ilə, ehtirasla, coşqun. Ilhamla danışmaq. - Bizim ədəbiyyatımızda humanizm coşqun ilhamla tərənnüm edilmişdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed