İzahlı lüğət

HÜNƏRVƏR

sif və is. [ər. hünər və fars. ...vər] 1. Hünərli, mərifətli, məharətli, qüdrətli, ustad. Hünərvər insana hörmət və ehtiram göstərilməlidir. - Amma mən elə qanıram ki, Sabir kimi hünərvər şairin qabağına çıxmaq o qədər də asan olmaya gərək. C.Məmmədquluzadə.
2. Şücaətli, qoçaq, igid, qorxmaz. Hünərvər əsgər. - Zəncir tək düzülüb on beş hünərvər. H.K.Sanılı. Fürsəti vermədən əyləşir yerə; Ölüm heyrət edir o hünərvərə. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

HM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed