İzahlı lüğət

HƏZM

is. [ər.] Yeyilən şeyin həzm cihazında həll olunması. Həzm prosesi. - Qidanın çeynənməsi, müxtəlif şirələr təsiri altında onun dəyişilərək həll oluna biləcək hala düşməsi həzm adlanır. “Zoologiya” Həzm cihazı - yeyilən şeyi həll edən bədən üzvləri (ağız boşluğu, qida borusu, mədə və bağırsaqlar). Həzm etmək mədədə həll etmək (yemək haqqında). Yediyini həzm edə bilmir. Həzm olmaq - mədədə həll olmaq (yemək haqqında). ..Xörək həzm olmaqdan ötrü, yəni əriyib bağırsaqlardan keçib bədənə daxil olmaqdan ötrü su lazımdır. H.Zərdabi.
□□ Həzm etmək - 1) dözmək, udmaq, qəbul etmək. Adam hər sözü həzm edə bilmir.
. .Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törənmişdi. M.S.Ordubadi;
başa düşmək, dərk etmək, ağlına sıxışdırmaq. Xudpəsənd xan bir zamanlar həmin bəylər, əyanlar qarşısında məğlubiyyətə düçar olduğunu hələ də həzm edə bilməmişdi. Ə.Məmmədxanlı. Həzmi-rabedən keçirmək zar. - 1) yemək, udmaq. Qazanla və nimçələrlə plovu, halvanı, külçələri həzmirabedən keçirən dövlətlilər və mollalar idi. Sarabski; 2) məc. mənimsəmək, boğazından ötürmək, sahiblənmək, özünə mal etmək. [Musa bəy] dördyetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

HE

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed