İzahlı lüğət

HOP

təql. Birdən və cəld qalxıb sıçramağı anladır. Hop yerindən sıçradı. Hop qalxdı. // Zərf mənasında. Birdən, o saat, cəld, dərhal, bir anda. □ Hop eləyib yemək - birdən, cəld udmaq, yemək; içəri ötürmək. [Əsəd bəy:] Halva deyil ki, hop eləyib yesinlər. Cabbarlı. Hop götürmək - tez qaldırıb götürmək, qamarlayıb götürmək. Fəhlələr [Mehmanı] hop götürdülər və buruqdan iyirmi beş-otuz addım kənarda duran maşına tərəf apardılar. M.Hüseyn. Kabı kişi qəti addımlarla uşağa yaxınlaşdı, onun qoltuğundan hop götürüb masanın üstünə qoydu. İ.Şıxlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed