İzahlı lüğət

HƏCV

is. [ər.] Bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı, kinayəli yazı. Mirzə Ələkbər Sabirin həcvləri. “Molla Nəsrəddin” məcmuəsində çap olunmuş həcvlər. - [Qacar:] Vətən! Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən. S.Vurğun. [Xan:] Hə, bəs nə oldu? Həcv deyən dilin niyə tutuldu? B.Vahabzadə. Həcv etmək - haqqında həcv yazmaq, ələ salmaq, istehza etmək. Niyə həcv eyləmisən Cürmini, ey can Yusif! Dilü-canım sənə qurban ola, canan Yusif! S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed