İzahlı lüğət

HƏZİN

sif. [ər.] Hüzn gətirən, hüzn doğuran, hüznlü, kədərli, yanıqlı. Musiqinin həzin təranələri. - Bu həzin bulaq şırıltısı Kazımın qulaqlarında .. ağır bir həyat faciəsi kimi təsirli idi. M.İbrahimov. Həzin nəğmə deyir indi bağça, bağ; Yadıma yaxınlar, uzaqlar düşür. N.Xəzri. // Hüzn, kədər ifadə edən. Həzin bir çöhrə. Həzin bir baxış. - [Səttar] qapını açmaq istəyirdi ki, qulağına həzin və ürəkyandırıcı bir səs gəldi. P.Makulu.
həzin-həzin zərf Həzin, kədərli bir surətdə, qəmli-qəmli, yanıqlı-yanıqlı. Həzinhəzin oxumaq. - [Sayalı xala] yuxuda gördü ki, Xasay xəstələnmişdir, həzin-həzin inildəyir. Ə.Vəliyev. Beləcə vidalaşır iki əziz sevgili; Həzin-həzin hardasa çalınır uzaqda ney. Ə.Cəmil.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed