/home/shagird/public_html/files/ads/mid_body_additions/ads_block_array_file_50.php

İzahlı lüğət

HAZIRLANMAQ

1. “Hazırlamaq” dan məch. Patronlar yoxlanıldı, qumbaralar, pulemyotlar hazırlandı. Ə.Vəliyev. // Hazırlıq işləri aparılmaq. Bayrama hazırlanmaq. Qonaqları qarşılamağa hazırlanmaq. - Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Çəmənzəminli.
f Hazır olmaq, özünü hazırlamaq, hazırlaşmaq. Bayrama hazırlanmaq. - Vaxt keçmişdi, çayçı, dükanının qapılarını içəridən bağlayıb yatmağa hazırlanırdı. S.Hüseyn. Məhərrəm cavab vermək üçün hazırlandı. H.Nəzərli.
məch. Qayrılmaq, düzəldilmək. Əlavə çoxlu ehtiyat hissələri hazırlandı. - Bu hissələr hazırlandıqca bir-birinin ardınca zavoda göndərilirdi. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......