İzahlı lüğət

HESABLAŞMAQ

qarş. 1. Çatası, çatmalı pulu tamamilə verərək və ya alaraq haqq-hesabı qurtarmaq. - Bahadır ev yiyəsi ilə hesablaşıb, şeylərini gədəyə tapşırdı və özü də Sonagilə getdi. N.Nərimanov.
məc. Qisas almaq, əvəzini çıxmaq. [Dəli Alı:[ Sizi soyanlardan bircəciyinin nişanını yadınızda saxlayın, mənə deyin. Onları tapıb, özüm hesablaşaram. “Aşıq Ələsgər”.
məc. Saymaq, saya salmaq, sayğı göstərmək, nəzərə almaq. Adamla hesablaşmaq lazımdır. O heç kəslə hesablaşmır. [Atam:[ Köhnələrin də rəyi ilə bir az hesablaşmalıdır. Çəmənzəminli. [Zeynal[ istəyirdi ki, hər kəs onunla hesablaşsın. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed