İzahlı lüğət

HƏSRƏT

is. [ər.] 1. Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu. Vətən həsrəti. Övlad həsrəti. - [Fitnə:] El qızıyam mən, Bəxtiyar; Ürəyimdə həsrətim var. A.Şaiq. Bir anda Sonanın halı dəyişdi, həsrət və məhəbbət
qəribə bir marağa və şübhəyə çevrildi. M.İbrahimov. // Ələ keçməyən və ya əldən çıxmış bir şeyə təəssüflənərək çox acıma, mənəvi iztirab keçirmə. Mayanın kədəri və göz yaşlarında sanki Zeynəbin öz gəncliyinin həsrətləri dilə gəlib danışırdı. M.İbrahimov. □ Həsrət qalmaq - istədiyinə çatmamaq, arzu etdiyi bir şeyi ələ keçirə bilməmək, arzusu ürəyində qalmaq. Ömrüm ah-vayınan keçdi dünyada; Həsrət qaldım, əlim yara yetmədi. Aşıq Ələsgər. [Padşah oğluna:] Məgər Allaha rəvadırmı, mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalım? Çəmənzəminli. [Qönçə] Ataşın üzünə həsrət qalmaq qorxusu ilə titrədi. Ə.Vəliyev. Həsrət qoymaq - arzusuna, istəyinə çatmağa, arzusu həyata keçməyə qoymamaq. Xan Əsliyə həsrət qoydun Kərəmi. “Əsli və Kərəm”. Həsrət(ini) çəkmək çox arzusunda olduğu, lakin əldə edə bilmədiyi bir şeyin üzüntüsünü çəkmək; son dərəcə arzulamaq. Doğma yerlərin həsrətini çəkmək.
Aylar, illər həsrətini çəkərdim; Şükür, yetdim vüsalına, sevdiyim! M.V.Vidadi. [C.Cabbarlı] üçün, onu bir dəfə görmək üçün hamı həsrət çəkirdi. S.Rəhman. Həsrətində olmaq- b ax həsrətini çəkmək. [Əsəd] sanki ömrü boyu həsrətində olduğu böyük bir arzusuna çatmışdı. B.Bayramov.
Yaxın adamından, sevgilisindən ayrılma; ayrılıq, fəraq, hicran. Vaxt yetişdi, anası .. rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun. Hicran çəkən bilir həsrət yamandır. R.Rza. Həsrətlə şəklində zərf - şiddətli arzu ilə, həsrət ifadə edən nəzərlərlə. Həsrətlə oğluna baxmaq. - [İncə səs:] Vəhşi bir gül olsam, ətrafım tikan; Həsrətlə süzərdi hər görən məni. H.Cavid. Meydanın başında bir ağ bina var; Qız hərdən çevrilib həsrətlə baxır; Kitablı-dəftərli gedən uşaqlar; Ordan gülər çıxır, ordan şən çıxır. N.Xəzri.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed