İzahlı lüğət

HƏMƏN

[fars.] 1. əvəz. Həmin, haman, o. [Cavad bəy:] Elə işlərin üstündə həmən adamı divara söykəyib başına güllə çaxarlar, qalar yerində.. N.Vəzirov. Gətirir fikrimi mənim tüğyana; Həmən diyardakı şumal buruqlar. M.Müşfiq.
2. zərf O saat, dərhal, əlüstü. Mən bu lövhələri xəstə, nəfəssiz; Seyr edərək həmən yüyürdüm səssiz. S.Vurğun. Əcəbcə işə düşdük, deyib güldüm özümə; Yay paltomun boynunu həmən çəkdim üzümə. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
first box will be shown second NOT