İzahlı lüğət

HALVA

is. [ər.] Yağda qovrulmuş un və doşabdan, bəzən də baldan, şəkərdən bişirilən Şərq şirniyyatı. Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın: çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə. [Xanməmməd] ..heç bir təklif olmadan süfrədən halva götürüb ağzına qoydu. Çəmənzəminli. □ Halva çalmaq - halva bişirmək. [Vaqif:] Lələ, uşaqlara de, bir yaxşı halva çalsınlar. Çəmənzəminli. Telli öz otağında halva çalırdı. S.Hüseyn. // Şirni ilə küncüd, qoz, fındıq və s.-dən hazırlanan şirniyyat növü. Küncüd halvası. Qoz halvası.
□□ Halvasını çalmaq - məhvini, ölümünü hazırlamaq. Millət özü halvasını çaldı ağaların; Sən barı çək əl, şah ilə sultanə dolaşma. Ə.Qəmküsar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed