İzahlı lüğət

HƏMCİNS

is. [fars. həm və ər. cins] 1. Bir cinsdən olan, cinsi bir olan; eynicinsli. Həmcins heyvanlar.
2. Bir cinsə, bir qövmə mənsub olan, eyni cinsdən, eyni qövmdən olan, öz cinsindən olan (məcazi mənada adətən insan, adam nəzərdə tutulur). Həmcinslərim təmam getmiş; Söz mülkündən nizam getmiş. Füzuli. [Nadir bəy:] ..Həmcinsinə qıymaqdan, yaxıb-yıxmaqdan zövq alanlar, başqasının fəlakətində səadət arayanlar birər adi cəlladdan başqa bir şey deyildir. H.Cavid.
□□ Həmcins cümlə üzvü qram. - cümlədə eyni sintaktik vəzifəni yerinə yetirən cümlə üzvü.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed