İzahlı lüğət

GÖVDƏ

is. 1. Bədən. Rəis stola tərəf əyilmiş şişman gövdəsini geriyə əyib, kresloya söykəndi. M.Hüseyn. Bəy zıqqana-zıqqana ağır gövdəsini yerdən üzdü, dərhal yenə döşəkcəyə çırpdı. Mir Cəlal.
Ağacın, ya kolun budaqlarını təpəsinə qədər saxlayan yerüstü hissəsi. Ağacın gövdəsini ağartmaq. Tut ağacının gövdəsi. - Ovçu cəld özünü ağacların gövdələri arxasına verib daldalanmağa məcbur olurdu. Ə.Məmmədxanlı. ..Qoçaq ağacın dövrəsinə hərlənib gövdəsinə yanaşdı. M.Rzaquluzadə.
tex. Mexanizmin, maşının, cihazın və s.-nin əsas hissəsi, əsası; korpus. Elektromotorun gövdəsi. - Maşının nəhəng gövdəsi hərlənməyə başladı. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

GEC

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed