İzahlı lüğət

GƏZİNTİ

is. 1. Açıq havada əylənmək və istirahət etmək üçün miniklə, ya ayaqla yaxın yerlərə edilən səyahət; gəzişmə, seyr. Meşə gəzintisi. Axşam gəzintisi. Səhər gəzintiyə çıxmaq. - Günəş yuvarlanır dağlar dalına; Qaralır göllərin gəzinti yeri. S.Vurğun. Sevindirdi uşaqları; Sahil boyu gəzintilər. M.Dilbazi.
2. Açıq havada keçirilən kütləvi şənlik. Parkda gəzinti təşkil olunmuşdur. Kütləvi gəzinti. - [Inci:] Gecə saat on ikidən sonra daparkda böyük bir gəzinti var. S.Rəhman. [Gənclərin] gəzintisinə əsas iş sahəsinin rəis müavini mühəndis Sultan Sultanov rəhbərlik edirdi. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed