İzahlı lüğət

GENİŞLİK

is. 1. Geniş şeyin halı, geniş olma. Yerin genişliyi. Meydanın genişliyi.
Açıqlıq, düz yer. Küçə genişliyə çıxır.
məc. Azadlıq, sərbəstlik. [Züleyxanın] qəlbi genişlik istədiyi halda, özü dar gölməçələrdə çapalamalı olmuşdur. M.Ibrahimov. [Imran:] Əlbəttə, indi mən lazım olmaram. Ağzınız genişliyə çıxıb. I.Şıxlı. // məc. Açıqlıq, geniş fəza mənasında. Tərlan genişlik sevər; Göylərdir onun yeri. R.Rza. Baxıram üfüqün genişliyinə; Soyuq baxışları unutmaq üçün. B.Vahabzadə.
məc. Hərtərəflilik, dərinlik. Görüş dairəsinin genişliyi. Məlumatın genişliyi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments