İzahlı lüğət

GÖN

is. Iri heyvanların işlənmiş dərisi. Ayaqqabının altı göndür. Gönü suya vermə, verdin heyfsilənmə. (Ata. sözü). // Bu dəridən qayrılmış. Gön altlıq.
□□ Gönü duzlamaq isteh. - ölmək, gəbərmək. [Azad:] Arvad gün-gündən saralır, deyəsən, bu da bacıları kimi gönü duzlayacaq, yenə xərcə düşüb təzədən evlənəcəyəm! Çəmənzəminli. Gönündən soymaq (çıxarmaq) - zərərinin əvəzini birindən güclə almaq. [Həsən:] Ziyanlığın hamısını sənin gönündən soyacağam. Ə.Haqverdiyev. Gönünü soymaq (almaq) - 1) bərk cəzalandırmaq, divan tutmaq. [Ağa Kərim xan:] Tez
ol, yoxsa, vallah, gönünü allam. N.Vəzirov. [Yaxşı:] Qaynım dünən araba ilə şəhərə gedib. Yoxsa mən bura gələ bilərdim? Mənim gönümü soyardı. C.Cabbarlı; 2) çox baha qiymətə satmaq, bahaçılıq etmək. Müştərilərin gönünü soymaq. Dabbağxanada (dabbağda) gönünü tanımaq (gönünə bələd olmaq) - b a x dabbağxana.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed