ob_start(); ?>
Notice: session_start(): Ignoring session_start() because a session is already active in /home/shagirdinfo/public_html/menu/main_template.php on line 26
Warning: Undefined array key "part_number" in /home/shagirdinfo/public_html/menu/main_template.php on line 51
ob_start(); ?>
ob_flush(); ?>
GÜZGÜis. 1. Qarşısındakı şeylərin şəkillərini əks etdirən, xüsusi surətdə pardaqlanmış şüşə lövhə; ayna. Bədənnüma güzgü. Cib güzgüsü. - Bir güzgüyə gər açıb gözünü; Güzgüdə görəydi öz-özünü. Füzuli. [Məşədi İbad] güzgüyə baxıb ora-burasını düzəldir. Ü.Hacıbəyov.
2. məc. Hər hansı hadisəni, prosesi özündə əks etdirən şey. Folklor xalqın həyatının güzgüsüdür. - Şairin şeri yaşadığı xalqın simasını göstərən bir güzgü olmalıdır. M.S.Ordubadi. Mən səni gördükcə gözlərim yanır; Sən ey gəncliyimin güzgüsü, bahar! S.Vurğun. □□ Güzgü kimi - aydın, parlaq, açıq, aşkar, ləkəsiz, şəffaf, ayna kimi. Vaqifəm, yoxdur mənə cahi-zənəxdandan nicat; Göstərir əhvalımı aydın üzün güzgü kimi. M.P.Vaqif. Paylaşın - Hamı bilsin
|