İzahlı lüğət

GÜN

is. bax günəş 1 və 2-ci mənalarda. Gün işığı. Gün çıxar, aləm görər. (Ata. sözü). Gəldi günortaçağı, gün qızarıb yanırdı. S.Vurğun. Gün iki cida boyu qalxmışdı. Mir Cəlal. □ Gün əyilmək - axşama yaxın günəş üfüqdən çəkilmək. Gün lap əyilir, şər qarışır. Inəklər naxırdan gəlir. “M.N.lətif.” Gün tutulmaq - günün qabağına başqa bir göy cisminin və ya onun kölgəsinin düşməsi nəticəsində müvəqqəti görünməz olması hadisəsi. Gözümüz üfüqdədir, açılmır səhərimiz; Bizə düşən səmada gün tutulmuş, ay Allah! B.Vahabzadə. Gün vurmaq - qızğın günəş şüalarının təsirindən beyin mərkəzi zədələnmək. Gün yağlanmaq (ağarmaq) - günəş çıxıb, bir az yuxarı qalxmaq. [Qoca:] Gün ağarmadan çayı keçməliyik. M.Rzaquluzadə. ..Baxış bəy səhər, gün yağlananda oyandı. Ə.Abasov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GOD

......
i_l_by_id_with_comments