İzahlı lüğət

GƏRGİNLƏŞMƏK

f 1. Dartılmaq, tarım çəkilmək, gərgin olmaq. Əsəbləri gərginləşdi. - Soldatın üzü ani bir titrəyişlə tərpəndi, əzələləri daha da gərginləşdi.. M.İbrahimov. Hamı dayandığı yerdə dondu. Bütün duyğular gərginləşdi. Mir Cəlal.
2. məc. Çox ağırlaşmaq, çətinləşmək, pisləşmək. Münasibətlər gərginləşdi. - ..Bu müraciətlərə baxmayaraq, vəziyyət yaxşılaşmadı, əksinə olaraq, daha da gərginləşdi. M.S.Ordubadi. [Firidun] getdikcə gərginləşən dünya hadisələrinin çox qəti bir çarpışmaya doğru hərəkət etdiyini duyurdu. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments