GÜMÜŞis. 1. Parlaq bozumtul-ağ rəngli, kimyəvi element - nəcib metal (zərgərlik və bəzək şeyləri qayırmaq, pul kəsmək və s. üçün işlədilir). □ Gümüş suyuna çəkmək
adi metalların üstünə gümüş suyu çəkmək, gümüşü rəngləmək. Qaşıqları gümüş suyuna çəkmək. Gümüşə tutmaq - üstünü gümüşlə örtmək, gümüşlə bəzəmək. Xəncərin dəstəsini gümüşə tutmaq. // Sif. mənasında. Gümüşdən qayrılmış. Gümüş çəngəl. – Yavaş-yavaş gümüş qaşıqlar da stəkanlara dəyib cingildədi. Çəmənzəminli. Dəmirqaya üstü zərlə yazılı papirosu gümüş qutudan aldı və oturdu. H.Nəzərli. is. Gümüşdən qayrılmış şeylər; gümüş pul. Baxdı ki, burada o qədər qızıl, gümüş var, elə bil yeddi padşahın xəzinəsi burdadır. “Koroğlu”. □ Gümüş kağız - ətri çıxmasın deyə çay, siqaret və s.-nin büküldüyü qurşun kağız. sif bax gümüşü. Dərələrdən gümüş sular çağlar. A.Şaiq. Ay gümüş dalğalarda; Nazlanır gəmi kimi. N.Rəfibəyli. Paylaşın - Hamı bilsin
|