İzahlı lüğət

GÖBƏK

is. 1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq. Göbəyə qədər (kimi) - belə qədər, beləcən. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir .. və qurumuş otlardan qotman vururdular. A.Şaiq. Su gölmədə göbəyimizə kimi çıxırdı. S.S.Axundov.
B ax göbəkbağı. Uşağın göbəyi düşdü.
məc. zar. Bir şeyin mərkəzi, tən ortası, əsası mənasında. Dünyanın göbəyi. - Bu zalım oğlu zalım axırda işi o yerə gətirib çatdırdı ki, Istanbulun göbəyindən xotkarın öz qızını da götürüb apardı. “Koroğlu”.
məc. Səbəbkar, bais mənasında. [Süleyman:] Bütün bu işlərin göbəyi Tofiqdi. M.Ibrahimov.
Bax göbəkduası. [Ələsgər Mirzə Heydərə:] Çıxıb getsənə göbək yazmağın dalınca! Ə.Haqverdiyev.
□□ Göbək bağlamaq zar. - kökəlmək, ətlənmək, ətə-cana dolmaq. Yağ salıb, bağlayıb cümlə göbək. S.Ə.Şirvani. Göbəyi düşmək - ağır iş nəticəsində qarnı zədələnmək. Göbəyini piyləndirmək - bax göbək bağlamaq. [Paşa bəy:] Mən sənə ümidəm, sən də göbəyini piyləndirməkdən başqa heç nəyə fikir vermirsən. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
i_l_by_id_with_comments