İzahlı lüğət

GÜLLÜ

sif. 1. Çoxlu gül olan, gül bitən, gül əkilmiş; çiçəkli. ..Güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlum da ailəsi iləyaşayırdı. S.S.Axundov. Nə dərdin var, sənin, Gəncə? Şəfalı, güllü bağın var. Ə.Nəzmi. Gül açmış, gülü olan; çiçəkli. Güllü ağac.
Üzərində gül şəklində naxışlar olan. Güllü dəsmal. Güllü don. - Yük üstə güllü xalça; Kim qaldıra, kim aça. (Bayatı). [Nuriyyə:] Əynində güllü xalat, başında ağ haşiyəli bənöyüş kəlağayı olan qadın qabağımıza yeriyərək mənə xoşgəldin elədi. İ.Əfəndiyev. □ Güllü məxmər - b a x gülməxmər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GOP

......