İzahlı lüğət

FƏDAİ

is. [ər.] Ümumi bir iş yolunda, məslək uğrunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan şəxs. İnqilab fədailəri. Fədai dəstəsi. - Bir il qabaq bir faciə eşitmişəm, ah! Bir qəhrəman fədaidən söhbət açım mən. S.Vurğun. [Pərvin Ədalətə:] Yadındadırmı, hələ keçən ilin qışında bu meydanda fədailərimizin tonqalları yanırdı.. Ə.Məmmədxanlı. // Sif. mənasında. Hər tərəfdə fədai və nizami qoşun nəfərləri intizamı qoruyurdu. M.İbrahimov. [Uşaqlar] tüfəngli fədai dəstələrinin nümayişini görürkən əvvəlcə bu nümayişləri də Təbrizdə bundan əvvəl olan sadə nümayişlərdən biri hesab edirdilər. Ə.Sadıq. // Məc. mənada. Ədəbiyyat fədaisi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed