İzahlı lüğət

FƏRŞ

is. [ər.] Döşənəcək (xalça, palaz, cecim və s.). Otağa fərş salmaq. Fərşin üstündə oturmaq. - Əvvəlimci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu. M.F.Axundzadə. Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə. // Ümumiyyətlə, yerə döşənən hər cür şey. Təbiət bir bəzəkli-düzəkli gəlinə oxşayır, yaşıl zəmilər, əkin göyləri yerə sərilmiş mərmər fərşlərə bənzəyir. E.Sultanov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

FUK

......