İzahlı lüğət

ETİRAF

is. [ər.] Öz qüsur və nöqsanını, az-çox özünün günahı olan bir şeyi inkar etməyib, qəbul etmə, təsdiq etmə, boynuna alma. Yüz şükr ki, yox sənə xilafım; Insafım var, var etirafım. Füzuli. Qadının etirafı və yaxud təsdiqi mənim marağımı təskin etmirdi. S.Hüseyn. Əlyar koftanın cırılmasına aid Rüxsarənin etirafını istintaq protokoluna qeyd edərək, bugünkü sorğunu bununla bitirmiş hesab etdi. S.Rəhimov. □ Etiraf etmək (eləmək) - öz qüsurunu, günahını, təqsirini qəbul etmək, boynuna almaq, təsdiq etmək. Inanma gər desə rəmmal sirriqeybə agahəm; Dəhanın sirrinə yüz kərrə iczin etiraf eylər. S.Ə.Şirvani. [Səlim:] Getmək qolay, ancaq sən etiraf et; Anlat başından keçəni büsbütün. H.Cavid. Lətifə öz səhvini etiraf eləməyə utanırmış kimi, Tahirin üzünə hələ də düz baxmırdı. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

EL1

ERA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed