İzahlı lüğət

ELLİK

1. sif Bir yerin bütün camaatına, elinə məxsus olan, bütün xalqa aid olan; ictimai, ümumi. Ellik bağ. Ellik yol. Ellik bayram. Ellik təsərrüfat. - [İldırım:] Ən baş bir qanun vardır ki, o da hər kəsin başqaya zərərsiz, azad istəyidir. Ellik işlər üçün isə el özü sıra ilə elbaşılıq edir. C.Cabbarlı. Ordu tirəndazları girdilər ellik bağa; Çalışdılar qalmasın ağacda bircə qarğa. Ə.Cavad.
2. zərf Hamılıqla, elliklə, bütünlüklə, bütün el birlikdə. Ellik şikayət etmək. Ellik iş görmək. - Ellik yerbəyerdən qalxıb dedilər:
Güloğlan, sazını vur qoltuğuna, var! “Aşıq Qərib”. Dərslərim yetdikdə, dədə, axirə; Oxudular elliyi birdən-birə. A.Səhhət. H sif. Bütün el tərəfindən görülən, ya görülməli olan. Ellik iş.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

ER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed