ZE+education...
Kurikulum+sinaqlar...

İzahlı lüğət

EŞMƏK1

f 1. Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü və s.-ni). ..[Pələng də] məni görmüşdü. Pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı. S.Rəhimov
Burmaq. Bığını eşmək. - [Koroğlu] pələ bığlarını eşib qulaqlarının dalına keçirdi. “Koroğlu”. ..Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman.
Barmaqla hazırlamaq, sarımaq. [Daşdəmir:] Çox yaxşı tütündür, birini eşin, dadına baxın. M.Rzaquluzadə. □ Papiros eşmək - tütünü papiros kağızı arasına qoyub sarımaq, papiros hazırlamaq. Iskəndər itdən əl çəkib, həvəsli və kefli, şlyapasını krovatın üstünə çırpıb başlayırpapiros eşməyə. C.Məmmədquluzadə. Qafar eşib müştüyə keçirtdiyi papirosuna bir-iki qullab vurdu. Ə.Əbülhəsən.
Hörmək. Ip eşmək. - Bir ipək və ya keçə qurşağı .. eşərdilər. Buna turna deyərdilər. H.Sarabski. Qız-gəlinlər gün doğmamış oyanır; Gur saçına sığal verib eşməyə. R.Rza.
məc. Əlləşdirmək, axtarmaq, araşdırmaq, qurdalamaq, töküşdürmək. Qazı .. kitabları eşib bir qara cildli kitab götürüb açdı. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

E1

ER

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Elbite tibb kurslari
Tereggi 1
......
Bağla