İzahlı lüğət

DOĞRULUQ

is. 1. Düzgünlük, həqiqilik, düzlük; sədaqət, səmimiyyət. Səy elə, sən də belə insan ol! Doğruluqda bu ada şayan ol! A.Səhhət. [Vidadi:] Dünya dəyişilmiş, əhd, vəfa, sədaqət, doğruluq qalmamışdır. Çəmənzəminli. Məhəbbət, doğruluq, cəsarət, ürək; Dil açıb danışır hər gül, hər çiçək. S.Vurğun.
2. Gerçəklik, səhihlik, düzgünlük, həqiqətə uyğunluq. Sözün doğruluğu. Xəbərin doğruluğu. Cavabın doğruluğu. - [Hacı Məhəmmədhaşıma:] Evinizə varid olandan sonra, mənim sözlərimdə doğruluq tapmasan qayıdarsan buraya, mən sənin pulunu özünə qaytararam. B.Talıblı. Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü. Cəfər gümanının doğruluğunu duyub lovğalandı. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed