İzahlı lüğət

DOLĞUN

sif. 1. Orta dərəcədə kök, dolu, ətli-canlı. Dolğun yanaq. - ..Şərəf.. qələmə ağaclar kimi şax və nazik bədənli Şirzadı, .. dolğun, qarayağız Qızyetəri içəri buraxdı. M.İbrahimov. Katib dolğun, sarısaçlı, ortaboylu bir qız idi. Ə.Vəliyev. Batalyon komandiri hündürboylu, irigövdəli, qırx yaşlarında, dolğun bir Mayor idi. Ə.Məmmədxanlı.
Dolmuş, şişmiş, köpmüş.
Ağzına qədər doldurulmuş; dolu.
Gur, qüvvətli, güclü. Kəramətin çil, dolu çöhrəsi kimi dolğun da səsi vardı. Ə.Əbülhəsən.
Lazımi dərəcəyə çatmış, kamala yetmiş; yetişmiş, yetkin. Gəncliyin bəzəkli və dolğun çağı; Bizə ümid verir, bizə can verir. S.Vurğun.
// Hazırlıqlı, təcrübəli, sanballı,
hərtərəfli. [Rəşid] hərtərəfli, dolğun, sanballı bir müəllim idi. S.Rəhimov.
məc. Mənalı, zəngin məzmunlu, dərin, hər-tərəfli. Dolğun məzmun. Dolğun nitq.
Tam, çox, çoxca.
məc. Çox mütəəssir, ürəyi dolmuş, doluxsunmuş, kövrəlmiş. Biçarə .. yaşarmış gözlərini Kərbəlayı Məhəmmədə döndərib dolğun səsi ilə: - Eh, Allah mərdimazarın evini yıxsın! - [dedi] Çəmənzəminli.
// Yaşla dolmuş. Bir aya bənzədi camalı solğun; Bir qıza bənzədi gözləri dolğun. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed