İzahlı lüğət

DƏQİQƏ

is. [ər] 1. Bir saatın altmışda birinə bərabər və ya 60 saniyədən ibarət olan vaxt ölçüsü. Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa.M.F.Axundzadə. Gün var ki, dəqiqəsi uzun əsrə bərabər; Çeşmə kimi baş alır bu gündən qərinələr. R.Rza.
Az, lakin qeyri-müəyyən vaxt, an.
Bir dəqiqədə - dərhal, o saat. Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandılar. Çəmənzəminli. Bu dəqiqə - indicə, dərhal. [Aydəmir:] ...Ölümümü istəsən, bu dəqiqə ölərəm. C.Cabbarlı. O dəqiqə - o saat, dərhal. Elə bu vaxt zəng vurulur; O dəqiqə qaçır Reyhan. M.Dilbazi.
// Vaxtın müəyyən anı (bəzən cəm şəklində). [Cəmilə] ciddi bir mövqedə bulunur, həyatının mühüm dəqiqələrini yaşayırdı. S.Hüseyn. [Cavadın] diş göynədən sulardan az-az, tez-tez içdiyi dəqiqələr gözləri qabağında canlandı. Ə.Vəliyev.
Çevrənin V60-nə bərabər olub, yazıda rəqəmin üstünə (') işarəsi qoyulmaqla göstərilən dərəcə ölçüsü.
dəqiqə-dəqiqə zərf Dəqiqədə bir, arabir, çox qısa müddətdə. Ancaq quduz xəzri dəqiqə-dəqiqə ara verib damlar başında uluyurdu. S.M.Qənizadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed