İzahlı lüğət

DÜMDÜZ

sif. Çox düz, tamamilə düz. Dümdüz çöl. Dümdüz ağac. Dümdüz qamət.
Hündür, dümdüz şam ağaclarının qol-budağı üşüyürmüş kimi qar təpələri altında titrəşirdi. M.İbrahimov. Dəniz sakit, şüşə kimi; Dümdüz idi mavi sular. M.Dilbazi.
// Zərf mənasında. Çovğun gecə dümdüz edir yer üzün; Qar işığı gündüz edir yer üzün.
Səhhət. İnsan oğlu gecələri; Şəhər salır, boz dağları; Qüdrətilə dümdüz edir. M.Rahim.
// Dik, dikinə. Stolun qabağında dümdüz oturmuş uzunboğaz, arıq adam qəti
dedi.. M.Hüseyn. [Qədir] qulluq məqamında donmuş kimi dümdüz dayandı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
first box will be shown BEFORE second