İzahlı lüğət

DAL1

is. 1. Bədənin boyundan tutmuş omba sümüyünə qədər olan arxa hissəsi; kürək. Küçə ilə bir hambal, bir tay dalında keçir. C.Məmmədquluzadə.
// Heyvanların bədənlərinin yuxarı hissəsi, beli. Qatırın dalına yükyükləmək. Atın dalına minmək.
Əks tərəf, bir şeyin geri tərəfi, qarşı tərəf. Xavər taxtanın dalında gizlətdiyi şəkli gətirib uşağa verdi. M.İbrahimov. Sədr stolun dalında oturmuşdu. Ə.Vəliyev. Ayaz atın ayağı altında qalmamaq üçün güclə özünü ağac dalına verə bildi. Ə.Məmmədxanlı.
sif Dal tərəfdə olan. Dal cərgə. Dal otaq. - ..Həbib bəy hirslə dayandı və dal sırada oturmuş yekə bir oğlana acıqlandı. S.Rəhman.
məc. Aqibət, son, nəticə. O, siyasi işə hərgiz də qarışmaz, çünki; Özü çox yaxşı bilir ki, bu işin dalı nədir. M.Ə.Sabir.
// Ard, mabəd, gerisi, dalısı. Dalı gəlir. Dalı var.
Kəndə çatdığı üçün İkram söhbətin dalını eşidə bilmədi. Ə.Əbülhəsən.
Geri. Həsən kişi Qulunun qolundan tutub dala (z.) qayıtdı. M.İbrahimov.
□ Dal ayaq(lar) - dördayaqlı heyvanların dal tərəfdəki iki ayağı. At fınxırıb iki dal ayaqlarının üstə göyə qalxdı. “Koroğlu”.
□□ Dal çevirmək - məqsədinə çatdıqdan sonra bir şeydən qaçmaq, üz döndərmək, nankorluq etmək. Yoldaşa dal çevirmək. [Ceyran:] ..Mənim ərim vətənə dal çevirməyib. Ə.Əbülhəsən. Dal gün - sonra ola biləcək çətin vaxt, pis gün, ağır gün. Həmişə çay kötük gətirməyəcək. Dal günə bir şey at. Ə.Əbülhəsən. Dala (dalı) düşmək - bax dala qalmaq. Mülki-cahanda, Seyyida, xatəmi-aşiqan mənəm; Nöqteyi-əvvələm, vəli növbədə dalə düşmüşəm. S.Ə.Şirvani. Osmanlıların ümumən dalı düşməsinə .. üç səbəb var; ikisi bizə əyandır, amma biri Allahın yanındadır. C.Məmmədquluzadə. Dala atmaq - 1) geri qalmağa səbəb olmaq, geriyə atmaq, gecikdirmək, ləngitmək. Xəstəlik onun işini xeyli dala atdı; 2) məc. qənaət edib saxlamaq, yığmaq, gələcək üçün ayırıb saxlamaq (pul və s.). Dala baxmadan - üzünü dala çevirmədən, birbaşa, tez, sürətlə. İndi o yüyürür dala baxmadan; Bayaq yüyürmürdü, o sürünürdü. B.Vahabzadə. Dala çəkilmək - 1) geri çəkilmək. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu.. Ə.Haqverdiyev; 2) sözünün üstündə durmamaq. Ballı peşmançılıqla dala çəkildi. Ə.Əbülhəsən. Dala durmaq - 1) iştirak etməkdən boyun qaçırmaq, özünü kənara çəkmək, iştirak etməmək; 2) sözünü geri almaq. Dala getmək - 1) getdikcə zəifləmək, pisləşmək, düşkünləşmək. Xəstələnib, gün-gündən dala gedir; 2) bax dala qalmaq. Dala götürmək (sözünü, vədini) - geri almaq, geri götürmək. Dala qalmaq geridə qalmaq, irəli getməmək, inkişaf etməmək. Amma nə edəsən ki, dala qalmışıq. M.S.Ordubadi. Dalda demək (danışmaq) birinin dalınca, özü olmadığı halda haqqında söz demək, qeybətini etmək. Dalda qalmaq - geridə qalmaq. Dalda qoymaq - geridə buraxmaq, ötmək, ötüb keçmək. Dalı kəsilməmək (üzülməmək) - ardı kəsilməmək, bitməmək, qurtarmamaq. Qoşunun dalı üzülmürdü. Dalına almaq - aparmaq üçün öz arxasına qoymaq. Dalına çatmaq - aparmaq üçün dalına yığmaq, yükləmək. Dalına düşmək - 1) təqib etmək, ardınca düşmək. [Şamama Cadu:] Bu gündən düşərəm onun dalına. Ə.Haqverdiyev;
əldə etməyə çalışmaq, bir şeyin qeydinə qalmaq, tədarük etmək. Yağdan sonra düyü tədarükünün dalına düşürlər, çünki plov düyüsüz olmaz. C.Məmmədquluzadə. Dalına minmək məc.- özünə tabe etmək, istədiyini etdirmək. Dalına vermək - 1) aparmaq üçün şeyləri birisinin dalına yükləmək. ..Qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi, onlar da anbarlara yığırdılar. S.S.Axundov; 2) məc. dan. birini qızışdırmaq, yaxud bir şeyi boynuna qoymaq üçün onu yalandan tərifləmək. Dedi pişik:
Vermə mənim dalıma; Çünki bələdsən mənim əhvalıma. S.Ə.Şirvani. Dalına-qabağına baxmaq - ehtiyatlı olmaq, hər tərəfi yoxlamaq, öyrənmək, götür-qoy etmək. Dalında durmaq - kömək etməyə hazır olmaq, himayə etmək, müdafiə etmək. Dalını dağa söykəmək - bir şeyə və ya bir adama arxayın olmaq, heç bir şeydən qorxmamaq.
Dalını yerə vermək - məğlub olmaq, basılmaq, təslim olmaq. Dalını-qabağını düşünmək (fikirləşmək) - bax dalına-qabağına baxmaq. Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed