İzahlı lüğət

DƏRƏCƏ

is. [ər.] 1. Bir şeyin müqayisəli kəmiyyəti, səviyyəsi. Mədəniyyət dərəcəsi. İnkişaf dərəcəsi. Bilik dərəcəsi. Təhsil dərəcəsi. - Kənd əhalisinin savad dərəcəsini inqilabdan əvvəlki ilə müqayisə etmək çox qəribə görünür. İ.Əfəndiyev.
// Bir sıra sözlərə qoşulduqda, həmin sözlə ifadə edilən şeyin həddini, qədərini, əhəmiyyətini bildirir. Son dərəcə (ifrat bildirir). Mühüm dərəcədə (çox, olduqca). Eyni dərəcədə (bərabərlik bildirir). Bir dərəcəyə qədər (qismən, bir cəhətdən). - Qətibə öz fikrində ifrat dərəcəsinə çatmışdı. M.S.Ordubadi. Günəş, hərarəti təsir etməyəcək dərəcədə üfüqə doğru enmişdi. S.Hüseyn. Dilbər anasının bu nəzərlərində onun şikayətini və bir dərəcəyə qədər yalvarışını oxuyurdu. Ə.Sadıq.
// Hədd. Rüstəm kişinin amiranə səsi və dərəcəsini aşan sərbəst hərəkəti Qoşatxanın xoşuna gəlmədi. M.İbrahimov. //yerlik halında. Qədər. O dərəcədə. Bu dərəcədə isti görməmişəm. Mümkün dərəcədə.
Osmanlıda qanuni-əsasi arvadları o dərəcədə şövqə gətirib ki, dəxi gözləri naməhrəm kişiləri görmür. C.Məmmədquluzadə. ..Ağa dərviş, mənim sözlərimin bu dərəcədə sənipərt edəcəyini bilsəydim, əlbəttə, onları ağzıma almazdım. A.Divanbəyoğlu.
Elmi ad, rütbə. Elmlər namizədi dərəcəsi. Doktorluq dərəcəsi.
İdmanda: qrup, kateqoriya, pillə. 0ahmatda ikinci dərəcə almaq. İdmançının çəki dərəcəsi. - Boks, güləşmə, ağırlıq qaldırma kimi idman növləri sahəsində idmançılar öz çəkilərinə görə dərəcələrə ayrılırlar. Ə.Babayev.
riyaz. Dairənin V360 hissəsinə bərabər bucaq və ya qövs ölçüsü vahidi. Hər insan bir peykdi məncə; Doxsan peyk yüz səksən dərəcə; Mehvərindən dönüb getdi. M.Araz.
fiz. Termometr, barometr və b. ölçü cihazları üzərindəki bölgü. Temperaturun ölçü vahidi dərəcədir. İyirmi dərəcə şaxta. Otuz dərəcə isti. - Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti qırx dərəcəyə çatdı. S.S.Axundov. [Murad:] Vəli xəstələnib, qırx dərəcə qızdırma içindəyatır... S.Rəhman.
Vəzifə, mövqe, rütbə, mərtəbə. Dərəcəsi yüksəlmək. - [Vəzir:] ..Heç bilirsənmi ki, sənin bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq olacaqdır? M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed