İzahlı lüğət

CÖVR

is. [ər.] Cəfa, zülm, əziyyət; incitmə, üzüntü. Fəqirə aid olan föhşü, cövrü, zülmü, cəfanı; Böyükdə, zorbada, bəylərdə, xanda görməli imiş. M.Ə.Sabir. Nola qəlbim, anam kimi ananın; Hər cövrünə, hər nazına dayana. B.Vahabzadə.
□ Cövr eləmək (etmək) klas. - incitmək, əzab vermək, əziyyət vermək, cəfa vermək, üzüntü vermək. Yar cövr etməz mana əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli. Səndən savayə cövr eləməz yar, ey könül; Netdin ki, sən bu lütfə səzavar olmusan?S.Ə.Şirvani. Ol qədr cövr et mənə, ah etmək imkan olmasın! M.Ə.Sabir. Cövrünü çəkmək - hər əzabına dözmək, hər dərdinə, əziyyətinə qatlaşmaq. [Qurbani:] Bir gör fələkin dövrünü; Mən çəkmişəm çox cövrünü.. “Qurbani”. [Məşədi Cahangir:] Sənin cövrünü hər yerdə lələşin çəkib, çəkəcək! Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAD

44

CAN

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed