İzahlı lüğət

CARİ

sif. [ər.] 1. klas. Cərəyan edən, axan, axıcı.
□ Cari etmək - axıtmaq. Gülab vurma üzə, etmə göz yaşın cari; Gözüm çıxar, o gül üstündə şəbnəm istəmərəm. S.Ə.Şirvani. Gözümdə cari edib əşki həm rəvan getmə! X.Natəvan. Cari olmaq - 1) axmaq, tökülmək. Mirzə Nəsib, Xəlilin anasının danışığını o biri otaqda eşidirdi, qoca Mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Ə.Haqverdiyev;
məc. mənada. Məktəbdə var şərafət; Dəftərdə var lətafət; Cari olur qələmdən; Şirinşirin hekayət. M.Ə.Sabir.
2. Keçməkdə olan, hal-hazırkı, indiki, indi baş verən, cərəyan edən. Cari dərs ili. Cari ildə - İclası hərbi şuranın sədri Səttarxan açdı və qısa olaraq cari vəziyyət və gələcək vəzifələr haqqında danışmaq üçün Əli Səhlanlıya söz verdi. P.Makulu.
□□ Cari etmək (eləmək) klas. - müəyyən üsul və ya qayda ilə icra etmək, yerinə yetirmək, rəsmi şəklə salmaq. [Şah:] Sonra üzün Molla Rəsula tutub buyurdu ki: - Bunların siğeyi-talaqlarını cari eylə! M.F.Axundzadə. [Şeyx Nəsrullah Şeyx Əhmədə:] Şeyx Əhməd, mənim tərəfimdən vəkil ol və siğəni cari elə. C.Məmmədquluzadə. Cari olmaq - icra olunmaq, rəsmi şəklə salınmaq, qanuniləşmək. [Mirzə Əhməd ağa:] ..Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed