İzahlı lüğət

ÇÜRÜTMƏK

f. 1. Çürüməsinə səbəb və ya vasitə olmaq, çürüməsi üçün şərait yaratmaq. Xəzəli torpağa qarışdırıb çürütmək.
Gölməçə suların rəngi sapsarı; Xəstəlik çürüdür ağaclıqları. S.Vurğun. [Göyçək] ayranı çürüdüb şor elədi. Ə.Vəliyev.
2. məc. Əzab və əziyyət içərisində məhv etmək. Südabəyə elə gəlirdi ki, Kərimxanın cəlladları, Firidunu məhbəsdə çürüdən (f.sif.) qatillər qarşısında oturmuşdur. M.İbrahimov. ..Azadlıq üçün minlər və on minlərlə inqilabçılar sürgünlərdə, həbsxanalarda canlarını çürüdüblər. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed