İzahlı lüğət

BİDAR

sif [fars.] klas. 1. köhn. şair. Oyaq, ayılmış (yuxudan), yuxusuz. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif.
□ Bidar etmək (qılmaq)
ayıltmaq, oyatmaq. Əcəl xabından, əfqanlar çəkib, Məcnunu bidar et! Füzuli. Səba, gəl seyri-gülzar et! Gülü reyhanı bidar et! M.V.Vidadi. Bidar edin amandır o zülfisiyahımı; Zülm ilə etməsin günümü tar, yatmasın. S.Ə.Şirvani. Amma and verirəm səni o körpə uşaqların canına, yorğanı çək başına yat, dəxi məni şirin yuxudan bidar etmə!.. C.Məmmədquluzadə. Bidar olmaq - oyaq olmaq, oyaq qalmaq, yatmamaq. Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. Füzuli.
// Ayılmaq, oyanmaq. Seyyidi zar görüb vəslini bidar olmuş. S.Ə.Şirvani. Hər kəs oxuyub elmlə bidar olacaqdır. M.Ə.Sabir. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed