İzahlı lüğət

BAZAR1

is. 1. Alış-veriş yeri. Bütün şəhər bazar, dükanları bağlayıb küçələrə çıxmışdı. M.S.Ordubadi. Bazarın başında yoğun və qırmızıbirçək bir baqqal - “buy, dəli Səmədə bax! ” deyib, ona bir çürük badımcan səlbəsi atdı. Çəmənzəminli. Bazarın ayağında Quba meydanı adlanan yer vardı. S.Rəhman.
□ Bazar dəyəri - rəsmi idarələr tərəfindən deyil, bazarda müəyyən edilən qiymət. Bazara çıxarmaq - malı satışa qoymaq, alver meydanına çıxarmaq. At bazarı köhn. - keçmişdə şəhərlərdə və ya həftə bazarlarında at satılan yer, meydança. Quş bazarı - ilin müəyyən fəsillərində köçəri quşların toplandığı yer.
Açıq yerdə, yaxud bina içərisində düzəldilən böyük mövsüm ticarəti. Kitab bazarı. Bayramqabağı bazar. - Hər həftə şənbə günləri Güllücə kəndində bazar olardı. Kimi mal almağa və kimi də mal satmağa gələrdi. S.S.Axundov.
iqtis. Əmtəə dövriyyəsi sahəsi, zonası. Daxili bazar. Xarici bazar. Dünya bazarı.
Alver, alış-veriş, alğı-satqı. Bu gün bazar yoxdur. - [Hacı Qara:] Allah kəssin belə bazarı! Belə alış-verişi! M.F.Axundzadə.
məc. dan. Səs-küy, qalmaqal olan yer haqqında. Buranı lap bazara döndəribsiniz.
Bazar açmaq - səs-küy salmaq, qalmaqal salmaq.
Keçmişdə quzuçu və buzovçuların həftədə bir dəfə bazar günləri məhsul şəklində aldıqları muzd.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed