İzahlı lüğət

BƏKLƏMƏK

f. 1. Mühafizə etmək, qorumaq, keşiyini çəkmək. Bizə çün qədr bulunmaz, çıxalım dünyadan; Müştəri yox, necə bir bəkləyəlim bazarı. Füzuli. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Əhli-halın bəzminə huşyar olan layiq deyil; Bəkləyən meyxanə qapısın bu cənnət babidir. Qövsi.
Gözləmək. ..Nabat xala yavaş-yavaş qazanıb, evin məxaricini təmin edir və iqtisadi ehtiyacı olmadığından oturub, özünə adlı-sanlı bir kürəkən bəkləyirdi. B.Talıblı. Hardasan, gözlərim həp səni bəklər; Bax, övladın necə giryandır, ana! S.Vurğun. [Bülənd] Sonadan bəklədiyini görmürdü. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed